• cümə axşamı, 28 mart, 16:29
  • Baku Bakı 16°C

Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər

25.05.17 17:45 1483
Bir sıra ölkələrin liderləri Azərbaycan prezidentini təbrik ediblər
Polşa prezidenti Andjey Duda Azərbaycan prezidentiİlham Əliyevin 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, onun məktubunda deyilir:

"Hörmətli cənab prezident, Azərbaycan Respublikasının milli bayramı - müstəqilliyin elan olunmasının 99-cu ildönümü ilə əlaqədar Polşa Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə xoş arzularımı və səmimi təbriklərimi çatdırıram. Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Sizə uğurlar diləyirəm. Möhtərəm cənab prezident, cari ilin iyun ayında Polşa Respublikasına rəsmi səfərinizi gözləyirəm. Əminəm ki, görüşümüz Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək. Hörmətli cənab Prezident, sizə ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqına rifah arzularımı qəbul etmənizi xahiş edirəm”.

İ. Əliyevi 28 May-Respublika Günü münasibəti ilə həmçinin Çexiya prezidenti Miloş Zeman, Litva prezidenti Dalya Qribauskayte və Avstriya prezidenti Aleksander Van der Bellen təbrik ediblər.
banner

Oxşar Xəbərlər