• cümə, 19 Aprel, 01:20
  • Baku Bakı 18°C

Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır

09.04.19 14:23 447
Bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır
Bizim üçün vacib olan maliyyə nəzarətidir. Azərbaycanda maliyyə şokları yaşanmamalıdır. Bir müddət öncə, Beynəlxalq Bank məsələsində bunun şahidi olduq.
Trend-in məlumatına görə, bunu Mətbuat şurasının sədri, deputata Əflatun Amaşov Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı deyib.
O bildirib ki, bir sıra hallarda Hesablama Palatasının təklifləri aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır: "Bu, məsuliyyət hissi ilə bağlıdır. Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın? Onlar hesabatda göstərilən səhvlərini təkrarlamamalıdırlar”.
banner

Oxşar Xəbərlər