Bir qrup şəxs arasında dava düşüb, ölən və yaralananlar var

Bir qrup şəxs arasında dava düşüb, ölən və yaralananlar var

Kriminal
25 Sentyabr 2012, 10:00 1178
Bakıda daha bir qətl törədilib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə qeydə alınıb.
Bir qrup şəxs arasında düşən davada Bakı şəhər sakini, 45 yaşlı Nizami Məmmədov Elman Əliyev və Xanəhməd Ağayevi bıçaqlayıb. Bıçaqlanan şəxslər daha sonra N.Məmmədovu döyüblər. Nəticədə hər üç şəxs xəstəxanaya yerləşdirilib. N.Məmmədovun aldığı xəsarət ağır olduğundan, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.