• çərşənbə axşamı, 19 mart, 07:22
  • Baku Bakı 8°C

Bir qrup hərbçiyə “polkovnik” rütbəsi təqdim edildi

19.03.18 17:28 510
Bir qrup hərbçiyə “polkovnik” rütbəsi təqdim edildi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bir qrup zabitə növbəti "polkovnik” hərbi rütbəsi verilib. Hərbi qulluqçularla görüşən müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Z. Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qayğısı nəticəsində ordumuzda görülən irimiqyaslı tədbirlərdən, dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl işlərdən danışıb.
Novruz bayramı münasibətilə hərbi qulluqçuları və onların ailə üzvlərini təbrik edən nazir vurğulayıb ki, orduya göstərilən bu yüksək diqqətə cavab olaraq şəxsi heyət üzərinə düşən vəzifə borcunu vicdanla yerinə yetirməli, xalqın və dövlətin etimadını doğrultmaq üçün bütün tapşırıqların öhdəsindən layiqincə gəlməlidir.
banner

Oxşar Xəbərlər