AZE | RUS | ENG |

“Bir qol vursa, həyat onun üçün dəyişəcək”

“Bir qol vursa, həyat onun üçün dəyişəcək”
İngiltərə Premyer Liqasının son turunda "Old Trafford”da "Everton”a qalib gələn (2:1) "Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo oyundan sonra klubun kanalına açıqlama verib.
 
Kaspi.az xəbər verir ki, 55 yaşlı mütəxəssis son vaxtlar oyununa görə tənqid olunan Romelu Lukakuya inandığını deyib:
 
"Mən düşünürəm ki, bir qol vursa, həyat onun üçün dəyişəcək. Eyni zamanda, məncə, Lukaku hazırda təzyiq altındadır. Hücumçular qol vura bilməyəndə, həyat onlar üçün çətin olur. 
 
O, bunlara görə təəssüflənirdi, amma bu gün oyuna yaxşı qoşuldu, düzgün mövqe tutdu, topu itirmədi, ilk toxunuşları daha yaxşı alındı. O, bunlardan daha çoxunu edə bilər. Mən onun tezliklə qol vurmağa başlayacağına şübhə etmirəm”.
 
2017-ci ildən "qırmızı şeytanlar”da çıxış edən 25 yaşlı belçikalı futbolçu keçirdiyi 43 oyunda 20 qol vurub. 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN