• cümə axşamı, 25 aprel, 13:57
  • Baku Bakı 23°C

""Bir pəncərə" prinsipi müəyyən olunmalıdır”

08.05.18 14:50 692
""Bir pəncərə" prinsipi müəyyən olunmalıdır”
"Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi ilə müxtəlif təyinatlı yüklərin daşınmasını həll etmək üçün vahid qiymət, "bir pəncərə" prinsipi müəyyən olunmalıdır".
"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Bizim əsas məqsədimiz bu nəqliyyat dəhlizi çərçivəsində tariflərin tənzimlənməsi, vaxtın müəyyən edilməsi, sürətin artırılması və sairdir. Azərbaycan qiymətləri müəyyən qədər endirib. Azərbaycan ərazisində kömür, taxıl konteyner daşımaları ilə bağlı bütün qiymətlər endirilib. Bundan başqa, Türkiyə və Ukrayna da qiymətləri endirəcəkləri ilə bağlı söz veriblər" ,- deyə C. Qurbanov əlavə edib.
banner

Oxşar Xəbərlər