• cümə axşamı, 18 aprel, 18:34
  • Baku Bakı 21°C

Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib

21.04.17 14:30 973
Bir neçə cəzaçəkmə müəssisəsinin rəisi dəyişib
Ədliyyə NazirliyiPenitensiar xidmətdə növbəti kadr dəyişikliyi olub.
APA-nın əldə etdiyi məlumata görə, bir müddət əvvəl vəzifəsindən azad edilən 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Əli Əmirova yeni vəzifə verilib.
O, 1 saylı cəzaçəkmə müəssisəsinə rəis müavini təyin edilib.
8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Qaçay Aslanov isə təqaüdə göndərilib. 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilən Rövşən Niyazov 8 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
banner

Oxşar Xəbərlər