• cümə, 19 Aprel, 09:02
  • Baku Bakı 13°C

Bir mənzili bir neçə adama satan şəxsə 12 illik həbs cəzası verilib

08.02.17 16:40 1228
Bir mənzili bir neçə adama satan şəxsə 12 illik həbs cəzası verilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Qasım Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Q. Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Q. Hüseynov Bakıda yerləşən tikinti şirkətlərindən birinin rəhbəri ilə qohum olduğunu əsas gətirərək, vətəndaşları mənzillə təmin edəcəyini deyib. O, bu yolla Bakı sakinlərinin etibarından istifadə edərək, onlara qarşı ümumilikdə 240 min manatdan çox dələduzluq edib. Q. Hüseynov bir mənzili bir neçə şəxsə satıb.
banner

Oxşar Xəbərlər