• çərşənbə, 24 Aprel, 08:28
  • Baku Bakı 13°C

“Bir komanda sirk qurmaq istəyirdi, kloun da tapmışdılar”

14.05.18 13:10 799
“Bir komanda sirk qurmaq istəyirdi, kloun da tapmışdılar”
"Şaxtyor” Ukryana çempionatının 31-ci turunda "Veres”ə qalib gələrək, vaxtından əvvəl çempionluğu təmin edib.
Kaspi.az xəbər verir ki, "Şaxtyor”un baş məşqçisi Paulo Fonseka qarşılaşmadan sonar fikirlərini bildirib. O, "Şaxtyor”un çempion olmaması üçün kimlərinsə qara işlər gördüyünü deyərək, sərt ifadələr işlədib:
"Biz hər üç titulu qazandıq. Ötən il isə iki titul əldə etmişdik. Çempionluğu daha istəkli komanda qazandı. Biz hamıya və hər şeyə qarşı mübarizə apardıq.
İnanılmaz dərəcədə xoşbəxtəm. Bu, bizim prezidentimizin, azarkeşlərimizin, klubda çalışan hər kəsin qələbəsidir. Bir komanda çempionatda sirk qurmaq istəyirdi. Onlar bunun üçün kloun da tapmışdılar. Amma biz onlara şans vermədik”.
"Şaxtyor” 11-ci dəfə Ukrayna çempionu olub.
banner

Oxşar Xəbərlər