AZE | RUS | ENG |

«Bir klarnet çalanı sevirəm, adı yadımdan çıxıb»

«Bir klarnet çalanı sevirəm, adı yadımdan çıxıb»
Vaqif Səmədoğlu “Düşünmədən cavab” layihəsində

Layihəmizin bu dəfəki qonağı Azərbaycanın Xalq şairi Vaqif Səmədoğludur. Vaqif bəy suallarımızı özünəməxsus şəkildə cavabladı və onu da vurğuladı ki, ən ritorik suallar elə beşincilərdir. Az, amma mənalı. Sevimli Xalq şairimizin “Düşünmədən cavab”ın mahiyyətinə uyğun verdiyi cavablarla sizi də tanış edək:

1) Kimi sevirsən?!
...siyasətçilərdən,
- Rişelyeni,
...bizim musiqiçilərdən,
- bir klarnet çalanı. Adı yadımdan çıxıb,
...dünya yazarlarından,
- atamı, qardaşımı və özümü.
...o kənddən,
- keçmiş kolxoz sədrini.

2) Nəyə baxırsan?!
...orda,
- burda baxdığıma.
...televizorda,
- ekrana,
...ilk açdığın səhifədə,
- son cümləyə,
...adamda.
- əlində silah varmı?

3) Nə dinləyirsən?
...qulaqcıqda,
- həyat yoldaşımı,
...evdə,
- Nüşabə xanımı,
...telefonda,
- arvadımı,
...ürəyində.
- sevgili cananımı.

4) Nə hiss edirsən?!
...hərdən,
- qorxu,
...tək olanda,
- vahimə,
...yazı masasında,
- heyrət,
...pulun olmayanda.
- xof.

5) Nə düşünürsən?!
...həmişə,
...
...onun haqqında,
...
...işdə,
...
...bu mövzuda.
...

6) Nə başa düşürsən?!
...bu suallardan,
- heç nə,
...həyatdan,
- heç nə,
...özündən,
- heç nə,
...şou-biznesdən.
- heç nə!

Nigar/AZADİNFORM

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163