• çərşənbə axşamı, 23 aprel, 10:21
  • Baku Bakı 20°C

“Bir kəmər - bir yol” forumunda 20-dən çox dövlət başçısı iştirak edəcək

08.03.17 20:43 1435
“Bir kəmər - bir yol” forumunda 20-dən çox dövlət başçısı iştirak edəcək
May ayında Pekində keçiriləcək "Bir kəmər - bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlığa dair forumda 20-dən çox ölkənin dövlət başçısı iştirak edəcək. Bunu Çinin xarici işlər naziri Van İ Pekində keçirdiyi mətbuat konfransında deyib.
Çin XİN-in rəhbəri bildirib ki, forumda 40-dan çox beynəlxalq təşkilatın rəhbər şəxsləri, nazirlər səviyyəsində 100-ə yaxın nümayəndə iştirak edəcək. Forumda dövlət başçılarının görüşü ilə yanaşı, ticarət, maliyyə, infrastruktur və digər mövzulara dair müzakirələr təşkil ediləcək.
Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı ilk dəfə "Bir kəmər - bir yol” forumu barədə açıqlama vermişdi. Çin "Bir kəmər - bir yol” adlı yeni iqtisadi inkişaf strategiyasını 2013-cü ildə elan edib. Avrasiya ölkələri, o cümlədən qədim İpək Yolu üzərində yerləşən dövlətlər arasında qarşılıqlı əlaqələrin inkişafına və ticari-iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı müvafiq infrastruktur yaradılmasına yönəlmiş bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: "İpək Yolu İqtisadi Kəməri” və Dəniz İpək Yolu. Söhbət malların güzəştli şərtlərlə Şərqdən Qərbə birbaşa göndərilməsi üçün ticarət dəhlizi yaradılmasından gedir.
Azərbaycan Çinin bu strategiyasını dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanmışdı.
banner

Oxşar Xəbərlər