• cümə axşamı, 25 aprel, 09:07
  • Baku Bakı 14°C

Bir il də “hindu” olacaq

06.07.17 14:05 1194
Bir il də “hindu” olacaq
Fernando Torres növbəti mövsümdə də "Atletiko”da oynayacaq.
Kaspi.az xəbər verir ki, Torres "hindular”la yeni müqavilə bağlayıb. Yeni müqavilə bir illik - 2018-ci ilin iyunun 30-a qədər nəzərdə tutulub.
Bu barədə məlumatı "Atletiko”nun saytı yayıb. Torres məsələyə belə münasibət bildirib: "Çox sevinirəm ki, hələ bir il də birgə olacağıq”.
Torres "Atletiko”ya 2015-ci ildə qayıdıb. O, ötən mövsüm bütün turnirlərdə 46 oyunda meydana çıxıb, 10 qol vurub, 6 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər