Bir həftədə Ukraynada 240-a yaxın uşaq itkin düşüb
Ötən həftə ərzində Ukraynada 239 uşaq itib.AZƏRTACxəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, polis bunlardan 233 nəfərini taparaq evlərinə qaytara bilib. Digər 6 uşağın axtarışları isə davam edir.
Polis itkin düşən uşaqların axtarışı üçün gücləndirilmiş iş rejiminə keçib.