• şənbə, 20 Aprel, 17:23
  • Baku Bakı 23°C

Bir gündə 95 cinayət hadisəsi törədilib

17.06.18 11:05 552
Bir gündə 95 cinayət hadisəsi törədilib
Ötən gün ərzində respublikada 95 cinayət faktı qeydə alınıb.
Trend-ə DİN-dən verilən məlumata əsasən, faktların 20-si "isti izlər”lə açılıb.
Qeyd olunur ki, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Həmçinin, axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: "Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb”.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər