• cümə axşamı, 25 aprel, 12:08
  • Baku Bakı 23°C

Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü

19.10.19 12:30 412
Bir gündə 650 min ağac əkilməsi təşəbbüsü
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfədir.
BunuAZƏRTAC-a açıqlamasında AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev deyib.
Alim bildirib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərimiz ekoloji problemlərin həlli barədə demişdi: "Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyi dövründə bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb.
Ümummilli Liderimizin yolu bu gün ölkəmizdə uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və səyi ilə ölkəmizdə ekologiyanın sağlamlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində analoqu olmayan işlər görülür. 650 min ağac əkilməsi təşəbbüsü də bu işlərin məntiqi davamıdır.
Əlövsət Quliyev bildirib ki, Mehriban xanımın bu təşəbbüsü bütün ölkə ictimaiyyəti, xüsusən ziyalılar, elm adamları tərəfindən yüksək qiymətləndirilib. Bu təşəbbüsün uğurla reallaşdırılması üçün əlimizdən gələn dəstəyi verməyə hazırıq. Bu işlər ölkəmizin sağlam gələcəyinə xidmət edir.
"Mehriban xanım Əliyeva uzun illərdir ki, ölkəmizdə yaşıllıqların artırılmasına, ekologiyanın qorunmasına dəyərli töhfələr verir. Onun təşəbbüsü və qayğısı ilə indiyədək minlərlə hektar sahədə yaşıllıqlar salınıb. Heydər Əliyev Fondunun "Hərəmiz bir ağac əkək” layihəsi ölkəmizin ekologiyasının zənginləşdirilməsində mühüm rol oynayıb. Növbəti təşəbbüs isə ekologiyamıza daha dəyərli töhfə verəcək”, – deyə Əlövsət Quliyev bildirib.
banner

Oxşar Xəbərlər