• cümə axşamı, 25 aprel, 19:36
  • Baku Bakı 21°C

Bir gündə 2500 xurma ağacı əkilib

24.03.18 17:45 874
Bir gündə 2500 xurma ağacı əkilib
Gəncə şəhərində "700 min ağac əkək” kampaniyası çərçivəsində ağacəkmə aksiyasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Milli Məclisin deputatları Pərvin Kərimzadə, Naqif Həmzəyev, Xanlar Fətiyev, YAP Gəncə şəhər təşkilatının idarə heyəti, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri, ziyalılar və partiya fəalları iştirak ediblər.
Aksiya üzvləri kampaniya çərçivəsində Gəncə şəhərinin Heydər Əliyev Park Kompleksinin ərazisində 2500 şişburun xurma ağacı əkiblər.
Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Gəncədə yaşıllığın genişləndirilməsi və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə keçirilən aksiya aprel ayının sonuna qədər davam edəcək.
banner

Oxşar Xəbərlər