• cümə, 19 Aprel, 10:49
  • Baku Bakı 13°C

Bir gün ÇL-in qalibi olacaqlarına inanır

07.03.18 11:20 926
Bir gün ÇL-in qalibi olacaqlarına inanır
PSJ-nin baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalında "Real”la keçirilən cavab qarşılaşmasından (1:2) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Emeri hər iki qarşılaşmada şanslarının olduğunu, ancaq bundan yararlana bilmədiklərini deyib. O, Madriddəki oyunun cütün taleyinə həlledici təsir göstərdiyini vurğulayıb:
"Hər iki qarşılaşmada yaxşı imkanlarımız oldu, amma istifadə edə bilmədik. Çox şey Madriddəki oyunda həll olundu. Bu gün rəqib topa 60 faiz nəzarət etdi.
Biz çox səy göstərdik, sona qədər mübarizə apardıq. Ancaq "Real”ın ikinci qolu bizim ümidimizi öldürdü. Çox məyusuq. Soyuq başla təhlil aparmalıyıq.
Hamı tezliklə nəticə, ÇL-də qələbə tələb edir. Mən PSJ-nin layihəsinə əminəm. Bir gün bu komanda ÇL-in qalibi olacaq. Ola bilsin bir ildən, ya da iki ildən sonra”.
banner

Oxşar Xəbərlər