• şənbə, 27 Aprel, 06:17
  • Baku Bakı 12°C

Bir gecədə 8 mağazanı qarət etdilər

12.06.13 18:56 1316
Bir gecədə 8 mağazanı qarət etdilər
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, bir gecədə mağazalardan oğurluq edənlərin axtarışları isə hələ də davam etməkdədir.
Məlumata görə, naməlum şəxslər ötən gecə Ağsu şəhərinin Nizami və Məmməd Əmin Rəsulzadə küçələrində 4 mağaza və diş kabinetini qarət ediblər. Cinyətkarlar digər 4 mağazaya daxil olsalar da, orada pul və qiymətli əşyalar olmadığı üçün heç nə götürməyiblər.
Oğrular şəhərin Nizami küçəsində Elnur Quliyevə məxsus diş kabinetindən hər biri 1 qram olmaqla 8 ədəd qızıl diş, həmin küçədə yerləşən “Faiq” marketdən 300 manat, “Orxan” marketdən 380, digər mağazadan 420 manat nəğd pul aparıblar.
Şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən “Halal” market, “Gəlinlik geyimləri” və “Ətriyyat” mağazalarına da baş çəkən oğrular orada nəğd pul olmadığı üçün başqa mallara toxunmayıblar.
Faktla bağlı Rayon Polis Şöbəsinin istintaq əməliyyat qrupu hadisə yerində olub və əraziyə baxış keçirib. Faktla bağlı cinayət işi açılıb, oğruların tapılması istiqamətində tədbirlər görülür.
banner

Oxşar Xəbərlər