“Bir də onda ayıldım ki, artıq aktrisayam” - Fotolar
Son zamanlar Türkiyə
seriallarında yeni-yeni məşhurlaşan gənc
aktrisalar gündəmin əsas mövzusudur. Bu gün Türkiyədə çəkilən seriallarda yeni
simalar görünür və onlar kifayət qədər sevilir, məşhurlaşırlar. Türkiyə kino
aləmində yeni-yeni tanınmağa başlayan Leyla
Lydia Tuğutlu yerli mediaya müsahibə verib. Hazırda "TV-8”
kanalında yayımlanan "Kızım” serialında baş rolu canlandıran aktrisa, bu sənətə
modellikdən gəldiyini deyib.
- Almaniyadan Türkiyəyə uzanan
rəngli yaşam hekayənizi eşidə bilərikmi?
- Berlində dünyaya gəlişəm. Gözəl bir uşaqlıq keçirmişəm. İbtidai sinfə
Berlində getmişəm, təxminən 6 yaşımda olarkən Türkiyəyə gəldik. Orta
təhsilimi Türkiyədə davam etdirdim. Almaniyada
yaşadığımız illərdə atam mənimlə türk dilində danışdığı üçün bu dili öyrənməkdə
və mədəniyyətə adaptasiya olmaqda heç də çətinlik çəkmədim. Həyatımın böyük hissəsi
Türkiyədə keçib. İlk əvvəl məktəblə birlikdə, konservatoriyada musiqi təhsili aldım.
2005-ci ildə modellik yaraşmasına qatıldım və bir neçə il model sənəti üzrə çalışmağa
başladım. 2008-ci ildə gözəllik yarışmasına qatıldım və aparıcı olaraq fəaliyyət
göstərməyə başladım. Bundan sonra uğurlarımın davamı gəldi və bir də onda ayıldım
ki, artıq aktrisayam.
- Aktrisalıq, modellik, konservatoriya
təhsili kimi bir çox fərqli sahələrdə təcrübələriniz olub. Özünüzü bunlardan hansına
daha yaxın hiss edirsiniz?
- Özümü ən çox aid hiss etdiyim yer aktrisalıq və musiqi sənəti olub. Bundan başqa, oxumaq, yazmaq,
idman etmək və yoqa ilə məşğul olmağı çox sevirəm.
-
Yaşam enerjinizin qaynağı nədir?
- Yaşam enerjimin qaynağının sevgi olduğuna inanıram.
- Özünüzün ən çox sevdiyiniz
tərəfləriniz hansılardır?
- Humanist, heyvansevər və realist bir insan olduğumu düşünürəm.
- Ekranla necə tanış oldunuz,
sizi buna kim cəsarətləndirdi?
- Kiçik yaşlarımda, ailə dostlarımız hər zaman televiziyada bir iş görə
biləcəyimi deyirdilər. Uşaq olarkən onların bu sözləri mənə tam olaraq çatmırdı.
Ancaq yeniyetmə yaşlarımda model olmağı çox istəmişdim və bu işə model kimi daxil
oldum. Sonrası isə özündən inkişaf etməyə başladı. Daha sonra isə aparıcı kimi
fəaliyyət göstərdim. Özümü ekranda görəndə qürur duymuşdum və çox həyəcanlanmışdım.
Aylıq maaşla bir şirkətdə çalışmaq və insanlardan gözəl reaksiyalar almaq mənim
xoşuma gəlmişdi.
- Hazırda hansı layihələrdə
rol alırsınız?
- Hazırda "Cebimdəki yabancı” filmindən sonra yeni bir layihə ilə ekrana
geri döndüm. Uzun müddət gözlədikdən sonra "Kızım” serialının ssenarisini oxudum
və özümü həmin obrazda və xarakterdə gördüm.
- Serialda sizi ən çox cəzb edən nə oldu?
- Həyatdan götürülmüş bir ssenarisi var idi. Ssenaridə heç bir şişirtmədən
istifadə olunmamışdı və hadisələr sanki həyatın içində yaşanırdı. İnsanları güclə
nəyəsə inandırmır və tamaşaçıya təqdim olunan dramın içərisində bir çox komik anlar
da var. Üzümüzü güldürən, ümidverən bir hekayədir. Elə seriallar var ki, onları
izləyərkən çox yorulursunuz. Ancaq "Kızım” serialı onlardan deyil.
- "Cebimdeki yabancı”dan sonra
ikinci dəfə Buğra Gülsoy ilə bir layihədə rol alırsınız və bu dəfə sizi tərəfdaş
olaraq görürük.
- Buğra onsuz da, çox yaxşı bir aktyordur. "Cebimdeki yabancı” da çox
uğurlu alınmışdı. Bu serial isə ikimiz üçün
də yenilik olacaq. Buğra ilə çox gözəl münasibət qurmuşuq. Mənim üçün iştirak edəcəyim
layihələrdə oynayacağım insanlarla enerjimin tutması və yaxşı yola gedə bilmək çox
önəmlidir. Çünki bunun tamaşaçıya keçdiyini düşünürəm.
- Aktyorluq həyatınızda dönəm
nöqtəsi hansı rolunuz olub?
- Əslində mənim üçün canlandırdığım obrazların hamısının yeri ayrıdır
və oynadığım rolların hamısı fərqli xarakterlərdir. Amma kino sahəsində mənə çox
gözəl təsir göstərən "Delibal” filmi olub.
- Heç oynamadığınız, amma mütləq
şəkildə təcrübədən keçirmək istədiyiniz bir xarakter, obraz varmı?
- Hərəkətliliyi çox sevirəm. Güclü bir qadını sevərək canlandırardım
ya da detektiv və polis qadını rolunda oynamağı çox istəyərəm.
- Bəs hansı aktyorlarla bir səhnəni
paylaşmaq istəyirsiniz?
- İstədiyim bir çox aktyorlarla oynama şansım oldu. Bu mövzuda özümü şanslı
hesab edirəm.
- Canlandırdığınız xarakterləri
ekranda izləyib özünüzü müzakirə etdinizmi?
- Bəli, bunu çox zaman edirəm. Bizim sənətimiz özümüzə əmin olub, bəyənə
biləcəyiniz bir sənət deyil. Özünü izləyərkən bəyənən insanı səmimi hesab etmirəm.
İşin içinə eqo daxil olarsa, çalışdığımız
missiyadan uzaqlaşırıq.
- 30 yaşına yaxınlaşarkən gözəl
və baxımlı qalmaq üçün nələr edirsiniz?
- Əslində böyüdükcə daha təbii olmağa başlayıram. Çox su içirəm, sağlamlığıma,
qidama diqqət edirəm. İstifadə etdiyim məhsulların tərkibində bitki mənşəli maddələr
var. Yoqa ilə də məşğul oluram və bu, mənə başqa bir enerji verir.
- Sizcə, bir qadının ən gözəl
yaş dövrü nə vaxtdır?
- İnsan yaşadığı hər ilin, ömrün ən gözəl yaş dövrü olduğunu hesab edir.
- Sizcə, eşq insanı həqiqətən
gözəlləşdirir?
- Gözəlləşdirdiyinə inanıram. Çünki insanın enerjisi pozitiv tərəfdən
çox dəyişir. Özünü, hər şeyi edə biləcək gücdə hiss edir. Bunu özümdən uydurmuram.
Eşqin mənə hiss etdirdiyi budur. Ancaq eşqin, qarşımızdakı insanın deyil, bizim
yaratdığımız bir hiss olduğunun da fərqindəyəm. Kaş ki, bu hissi içimizdə tuta bilsək.
- Qarşınızdakı insan hansı yönləri
ilə sizi özünə aşiq edə bilir?
- Mənim üçün önəmli şey qarşımdakı insanın güclü bir xarakterə sahib olması
və özü ola bilməyidir. Kiçik planlar quraraq münasibət saxlamağa çalışan sevgililəri
heç xoşlamıram. İnsanın bir anda "səni buna görə çox sevirəm” deyə biləcək qədər
inamı olmalıdır. Təbii ki, mənim ən dəli və zəif anlarımı sevə bilməlidir. Onunla
birlikdə çox danışıb gülə bilməliyəm. Biz bir-birimizi uzun zamandan bəri tanıyırıq.
Yaxın dost idik və bu, bir münasibətə çevrildi. Məncə, dostluq çox qiymətlidir.
- Xoşbəxt bir münasibətin təməl
prinsipi nədir?
- Dost ola və bir-birinizi təmənnasız
sevə bilmək.
- Avropada və Türkiyədə evliliyə
baxış bucaqları çox fərqlidir. Xaricdə doğulmuş biri olaraq, siz bunların hansını
doğru görürsünüz?
- Mənə görə, bu işin doğrusu və yanlışı yoxdur. Mən sadəcə anası və atası
ayrılmış biri olaraq, evliliyə keçmişdə isti baxa bilmirdim.
- Yaşınıza görə olduqca yetkin
və sakit bir insansınız. Belə bir xarakterə sahib olmağınızın səbəbləri nələrdir?
- Çox kiçik yaşlarımdan belə bir xarakterə sahib idim. Yaşıma görə
hər zaman yetkin biri idim. Mən hər zaman yaşıma görə hərəkət edən biri
olmuşam. Hər şeyə şübhəli yaxınlaşan, bir şeyi danışarkən onu götür-qoy edən
bir xarakterə sahibəm. Təbii ki, ailənin də buna təsiri var. Atam hər zaman
deyirdi ki, özünü inkişaf etdir. Anam isə həyatıma yoqa daxil edən insandır.
- Yuxudan durarkən sizi
xoşbəxt və ümidlə qaldıran səbəblər nələrdir?
- Ehtiyacım olan hər şey hər zaman sahibəm.
- Özünüzü ən çox harada
rahat hiss edirsiniz?
- Evimdə.
Xəyalə Rəis