• cümə, 29 Mart, 16:07
  • Baku Bakı 14°C

Bir də belə hal 100 ildən sonra olar

01.02.19 11:25 597
Bir də belə hal 100 ildən sonra olar
İspaniya kubokunun 1/4 finalında "Atletik”lə "Atletiko” arasında keçirilən qarşılaşmanı "San-Mames”də 48121 azarkeş izləyib.
Kaspi.az xəbər verir ki, bu statistik göstəricini adi qarşılamaq olardı, yalnız bir məqam olmasaydı. Məsələ burasındadır ki, kubok oyununda "Atletik”lə "Atletiko”nun qadın komandaları üz-üzə gəliblər.
Basklar iddia edirlər ki, bununla onlar dünya rekordu qırıblar. Ancaq ingilislər bu faktı qəbul etmirlər. Bildirirlər ki, 1920-ci ildə "Liverpul”un qadın komandasının oyununa 53 min tamaşaçı gəlib. Yəqin ki, bir də belə hal 100 ildən sonra yaşanar.
Belə dəstəyə baxmayaraq, "Atletik” "Atletiko”ya 0:2 hesabı ilə məğlub olub.
banner

Oxşar Xəbərlər