“Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə aksiyası keçirilib - Fotolar
Veysəloğlu Şirkətlər
Qrupu fevralın 24-də "Bir damla qan qurtarılan bir can” adlı növbəti qanvermə
aksiyasını həyata keçirdi. Aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət
çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış
insanlara təmənnasız yardım etməkdən ibarət idi.
Respublika
Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən aksiyada
şirkətlər qrupunun çox saylı əməkdaşı donor qismində
iştirak edib.
Xatırladaq ki,
"Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün
dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən
sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda
olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan
qüsurdur.
Ona görə də dünyada milyonlarla insan belə xəstələrin
tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına
qoşulurlar.