• çərşənbə, 24 Aprel, 18:15
  • Baku Bakı 23°C

Bir ay komada qalan zabitimiz dünyasını dəyişib

26.08.13 14:41 1278
Bir ay komada qalan zabitimiz dünyasını dəyişib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bir ay əvvəl Tovuz rayonunda baş verən avtomobil qəzasında ağır kəllə-beyin travması alan leytenant Musayev İlham Ramiz oğlu bu gün Mərkəzi Klinik Hospitalda dünyasını dəyişib.
Məlumata görə, İlham Musayev bir ay əvvəl məzuniyyətdə olarkən Tovuz rayonunda baş verən avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alıb.
Həmin vaxtdan indiyədək koma vəziyyətində olub.
banner

Oxşar Xəbərlər