• cümə, 19 Aprel, 01:43
  • Baku Bakı 18°C

Bir ay 60 kq narkotikin sərhəddən keçirilməsinə imkan verilməyib

15.05.14 15:19 961
Bir ay 60 kq narkotikin sərhəddən keçirilməsinə imkan verilməyib
2014-cü ilin aprel ayı ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 36 nəfər saxlanılıb. Bu haqda Dövlət Sərhəd Xidmətindən məlumat Kaspi.az-a daxil olub. Məlumatda qeyd olunur ki, sərhədi pozanların 20 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 12 halda 25 nəfər, Xəzər dənizində 63 halda 81 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 219 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 59 kiloqram 827 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu hallardan biri aprelin 6-da “Astara” sərhəd nəzarəti məntəqəsində baş verib. Lənkəran rayon sakini Həmidov Zöhrab Rəhmət oğlu İrandan Azərbaycana keçərkən bədənində gizlədərək ölkəmizə gətirmək istədiyi 104 qram tiryək aşkar olunaraq götürülüb. Aprelin 12-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İrandan Azərbaycana 2 kiloqram 800 qram tiryək keçirmək cəhdinin qarşısı alınıb.
Aprelin 15-də Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
5 bağlamada 22,9 kiloqram həşiş, 14 kiloqram tiryək, 9,2 kiloqram heroin, 8,7 kiloqram marixuana, 300 millilitrlik metadon məhlulu aşkar edilərək götürülüb.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 981 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd beşbarmaq, 14 ədəd zinət əşyası, 1 kiloqram gümüş məmulatı, 11 ədəd mobil telefon, 51 ədəd mobil telefon aksessuarı, 1550 qutu siqaret, 10 baş iribuynuzlu mal-qara, 728 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.
banner

Oxşar Xəbərlər