• cümə, 29 Mart, 03:24
  • Baku Bakı 7°C

Bir arayış 1000 avro, digər sənədlər də 2-3 min avro arası

28.11.19 20:23 1850
Bir arayış 1000 avro, digər sənədlər də 2-3 min avro arası
Müsavatın alverçilərinin siyasi oturum üçün təklif etdikləri qiymətlər açıqlandı

Almaniyanın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Müsavat Partiyasının keçmiş üzvlərini saxlaması, onları "miqrant alveri” ilə məşğul olmaqda, o cümlədən insanları qaçaq yollarla Avropaya aparmaqda ittiham etməsi Azərbaycanın müxalif düşərgəsində əsaslı narazılıqlara, ciddi fikir ayrılığı və qarşıdurmaya səbəb olub. Keçmiş və indiki müsavatçılar sosial şəbəkə üzərindən Müsavat Partiyasının sədri Arif Hacılı və yaxın ətrafına qarşı cəbhə açıblar. Haqlı olaraq hər kəs onlardan saxta arayışlara, "mühacir alveri”nə görə hesabat tələb edir. Bütün bu suallar qarşılığında Müsavat rəhbərliyi ya susur, ya da tutarlı arqument təqdim etmədən sadəcə, ittihamların doğru olmadığını açıqlayır. Bu isə əks tərəfi qəzəbləndirir, A.Hacılı və ətrafının ifşasına dair yeni məqamların üzə çıxmasına səbəb olur.
Müsavat Partiyasının üzvü, Almaniyada yaşayan jurnalist Yafəz Əkrəmoğlu "mühacir alveri” ilə məşğul olan müsavatçıların daha bir əməlini öz "Facebook” profili vasitəsilə gündəmə gətirib. O, "Elә bilirsiz bunlar tәkcә öz arayışlarını satmaqdan qazanırmışlar?” başlıqlı status və arayış nümunəsi paylaşaraq iddia edib ki, həmin arayış nümunəsi Müsavat AKM sәdri İlham Hәsәnin Mehdi Xәlilbәyliyә ötürdüyü 7 paket sәnәddәn ehtimal olunan biridir. Daha sonra izahat verən jurnalist qeyd edib ki, AKM-ә üzv olub, arayış-vәsiqә almağın şәrtlәrindәn biri dә, üzvlükdәn öncә bәzi saxta sәnәdlәrin alınması şәrti olub: "Üzv olmaq istәyәn şәxsә deyilirmiş ki, sәnә verilәcәk Müsavat, yaxud AKM arayışında "siyasi fәaliyyәtinә görә Azәrbaycanda polis zorakılığına mәruz qalıb, axtarışda olub, hәbs olunub" yazılacaq ki, oturum ala bilәsәn. Deyirmişlәr ki, biz bu yazılanları faktlara, sәnәdlәrә, sübutlara әsaslanmalıyıq, yoxsa verә bilmәrik, başımız ağrıyar. Potensial müştәri "belә bir faktım, sәnәdim yoxdu" deyәndә, bildirirmişlәr ki, bunu әldә etmәk mümkündü. Daha sonra ona guya axtarışda olmasıyla, yaxud idarәyә çağırılması ilә bağlı saxta polis sәnәdlәri, hәbs olunması ilә bağlı mәhkәmә qәrarı, guya döyülmәsi ilә bağlı travmatalogiya xәstәxanasının saxta arayışlarını almaq tәklif olunurmuş”.

Y.Əkrəmoğlu iddia edib ki, belə "sənədlərin” qiyməti müştәriyә uyğun olaraq, 2-3 min avro arasında dәyişib: "Әlavә olaraq AKM arayışı tәxminәn 1000 avro. Әgәr şәxs Müsavat Partiyası arayışı da istәyәcәksә әlavә 1500 avro da buna ödәmәlidir. Siyasi oturum alacağına әmin edilәn müştәri üçün bu pulu vermәk elә dә çәtin olmur. Hardan olsa tapıb verәcәk. Tәki oturum işi alınsın. AKM-im xüsusi adamları varmış ki, kamp-kamp düşüb müştәri axtarırmışlar. İndi isә paylaşdığım sәnәd haqda. Bu sәnәdin öncә şәkli çәkilib, daha sonra kserekopiya edilib vә sonra mәnә ötürülüb. Ona görә keyfiyyәt biraz aşağı ola bilәr. Bu sәnәd Bakı Şәhәr Baş Polis İdarәsinә aid çağırış vәrәqәsidir. Guya hansısa tәqsirlәndirilәn şәxs izahat üçün idarәyә çağırılır. Gördünüz kimi, ad, soyad, tarix vә s. yerlәr boş buraxılıb. Bu ona görә edilib ki, sonradan istәnilәn şәxsin adı yazıla bilsin. Aşağıda Ağayev soyadlı müstәntiqin imzası var. Polkovnik-leytenantdı. Görәsәn hәqiqәtәn belә birisi varmı? Digәr saxta sәnәdlәr: mәhkәmә qәrarı vә travmotologiya xәstәxanası arayışlarının nüsxәsini әldә etmәyә çalışıram. Sizlәrlә dә paylaşacam”.

Jurnalistin paylaşdığı bu statusun rəy bölməsində Müsavat funksioneri Gülağa Aslanlı öz fikrini bildirib. Bu dəfə də inkarçılıq mövqeyi tutan G.Aslanlı yazıb ki, paylaşılan "sənədin” Müsavat Partiyası ilə əlaqələndirilməsinə cəhd edilməsi yanlışdır. Onun qənaətincə, belə sənədlərin harada hazırlanması barədə ilkin məlumat Real TV-də göstərilib və digər sənədlərin olması da mümkündür.

Arif Hacılının müavini Səxavət Soltanlı isə "bu manipulyasiya vasitəsidir” yazmaqla, özündən əvvəlki Müsavat funksionerinə dəstək verməyə çalışıb. Y.Əkrəmoğlu onlara belə bir sualla müraciət edib: "O zaman bu sәnәdlәr Müsavat vә AKM üzvlәrindә nә gәzir? Avropadaykәn Müsavata üzv qәbul edilәnlәrdәn söhbәt gedir. Miqrasiya idarәlәri belә sәnәdlәrlә doludur”.

G.Aslanlının yanaşması sosial şəbəkə istifadəçilərini daha da özündən çıxarıb. Fariz Namazlı yazıb ki, xaricdə sığınacaq almaq istəyən xeyli sayda insan ölkədə və Avropada işbazların hazırladığı saxta çağırış məktubları, məhkəmələrin inzibati həbs seçilməsi haqqında qərarlarını əldə edirlər. Hamid Abdullayev yazıb ki, arayış satan Müsavat AKM Azərbaycan xalqının başını yerə soxdu. Onun qənaətincə, arayış satan Müsavat AKM və onların dəstəkçiləri olanlardan nəticə çıxarıb istefa verməkdənsə camaata nağıl danışırlar. Amma bu dəfə keçməz. Sabit Məmmədov isə Gülağa Aslanlıya xitab edərək bildirib ki, ayıbdır, getmək vaxtıdır, gecikirsiniz. Hikmət Kazımlı Türkoğlu baş verənlərin Azərbaycan adına utanc bir məsələ olduğunu vurğulayıb: "Biz Avropaya beləmi inteqrasiya edirik? AKM nəinki Müsavat Partiyasının üz qarası oldu, bütövlükdə Azərbaycana böyük zərbə vurdu. Bu yaramaz və çirkin əməllərlə məşğul olanlar, mütləq ifşa olunub, cəzalanmalıdırlar! Qocaman Müsavatın adına ləkə vuranların adları dünyaya yayılmalıdır. Bu, Azərbaycan üçün utanc bir məsələdir”.

Yazılanlardan da göründüyü kimi, Almaniya polisinin Avropada Müsavat Partiyası üzvlərini həbs etməsindən sonra partiyada ciddi təlatümlər yaşanır. İctimaiyyət nümayəndələrindən daha çox müsavatçıların özləri partiya rəhbərliyini saxtakarlıqda, yarıtmaz siyasət aparmaqda günahlandırırlar.
Alpər TURAN
banner

Oxşar Xəbərlər