• şənbə, 20 Aprel, 09:06
  • Baku Bakı 14°C

Binəqədidəki qanunsuz tikililərin sökülməsi təxirə salınıb

13.02.15 07:36 1201
Binəqədidəki qanunsuz tikililərin sökülməsi təxirə salınıb
Mətbuatda qanunsuz evlərin sökülməsi ilə bağlı yazılanlara Binəqədi Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi münasibət bildirib. Bununla əlaqədar yayılan açıqlamada bildirilib ki, Binəqədi rayonu ərazisinin 51 faizi Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsusdur. Həmin torpaqlar müvafiq qurum tərəfindən 2005-ci ildən uzunmüddətli sazişlə “Binəqədi Oyl” şirkətinə icarəyə verilib. Adı çəkilən qurum da neft buruqları və mühafizə zolağına düşən qanunsuz tikililərin sökülməsinə dair məhkəmə qarşısında iddia qaldırıb. Nəticədə Məhkəmə bununla bağlı minə yaxın qərar qəbul edib. Lakin həmin ərazidə məskunlaşan vətəndaşların yerləşdirilməsi məsələsi nizamlanana qədər qanunsuz tikililərin sökülməsinə dair məhkəmə qərarlarının icrası təxirə salınıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər