• çərşənbə axşamı, 16 aprel, 12:53
  • Baku Bakı 19°C

Binəqədidə yaşayış binasında yanğın olub

12.07.20 09:15 856
Binəqədidə yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
banner

Oxşar Xəbərlər