• bazar ertəsi, 23 dekabr, 01:37
  • Baku Bakı 9°C

Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

12.10.17 12:01 1506
Binəqədidə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib
Binəqədi rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, "Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən ictimai birliklərin sədrləri və fəal gənclər iştirak ediblər.
Tədbirdə Cocuq Mərcanlıya həsr olunmuş video çarxnümayiş olunub.
X. İsgəndərov bildirib ki, Vətəni sevmək, ona bağlanmaq hər bir şəxsin vətəndaşlıq borcudur. "Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrimizin kadrlarıNATOstandartları səviyyəsində hazırlanıb. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır”.
Tədbirdə həmçinin Y. Mirzəyev, M. Vəliyev və "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış ediblər.
Çıxışlardan sonra şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər