• bazar ertəsi, 23 dekabr, 01:14
  • Baku Bakı 9°C

Binəqədidə “Məlumat saatı” keçirilib

03.08.17 15:15 3120
Binəqədidə “Məlumat saatı” keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində "Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda "Məlumat saatı” keçirilib.
"Məlumat saatı”nda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov məlumat saatının proqramı haqqında məlumat verib.
Daha sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında danışıb.
Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev "Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.
Qeyd olunub kİ, RİH-nin Bilik Fondu ilə əməkdaşlığı çərçivəsində müxtəlif mövzularda mühazirələr davamlı olacaq.
banner

Oxşar Xəbərlər