• bazar ertəsi, 23 dekabr, 01:58
  • Baku Bakı 9°C

Binəqədidə “İlin 105 Qızıl beyni” adlı konfrans keçirilib - Fotolar

14.09.17 14:40 1639
Binəqədidə “İlin 105 Qızıl beyni” adlı konfrans keçirilib - Fotolar
Binəqədi rayonunda 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş "İlin 105 Qızıl Beyni ” adlı elmi-praktik konfrans keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, millət vəkilləriMusa Qasımlı, Kəmaləddin Qafarov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, rayonun tədris müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş orta məktəb məzunları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasının qarşısında Heydər Əliyevin abidəsi ziyarət olunub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva "Binəqədi rayonunda 2016-2017-ci tədris ilin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər” barədə hesabat məruzəsi ilə çıxış edib. Aygün Əliyeva bildirib ki, təhsil Prezidentİlham Əliyevtərəfindən Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri hesab edilir. Məhz bu sahəyə göstərilən diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni inkişaf dövrünə qədəm qoyub, xeyli nailiyyətlər əldə edilib.

Bildirilib ki, ötən 10 il ərzində Binəqədi rayonunda 25 məktəbdə əsaslı təmir aparılıb. Eyni zamanda, 18 məktəbdə əlavə korpuslar tikilib istifadəyə verilib. Bu il rayonun orta məktəblərini bitirən 2368 məzundan 1417-si ali məktəblərə qəbul olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı əvvəlki illərə nisbətdə göstəricilər yüksələrək – 105 nəfər olub.

Hesabat çıxışından sonra ali məktəblərə qəbul zamanı yüksək nəticə göstərmiş 267 nömrəli tam orta məktəbin məzunu İlkin Feyzullayev, 135 nömrəli tam orta məktəbin məzunu Vəli Quliyev, 205 nömrəli tam orta məktəbin məzunu Arzu Qubadzadə əldə etdikləri təhsil uğurlarından danışıblar.
Daha sonra çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, əməkdar elm xadimi, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, AMEA-nın həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov və millət vəkiliMusa Qasımlıçıxışlarında hazırda dünya standartlarına cavab verə biləcək səviyyədə, yüksək keyfiyyətli təhsil almaq üçün dövlət tərəfindən hərtərəfli şəraitin yaradıldığını bildiriblər.
Çıxışlara yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycanda təhsilə göstərilən dövlət qayğısından danışıb, Azərbaycanda təhsilin inkişafının birbaşa dövlət başçısının diqqət mərkəzində olduğu bildirib.

Konfransın sonunda ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təltif olundular.










banner

Oxşar Xəbərlər