Binəqədi rayonundan nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib - Fotolar
Binəqədi rayonundan nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib. Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH), YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi "Aprel şəhidləri” Fəxrəddin Qurbanlının ilə Emin Bağırovun valideynləri olublar.
Heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olub, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı hədiyyə edib. Onlar ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz ediblər.
Məktəblə tanışlıqdan sonra nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evinə gedib. Görüşün sonunda ailəyə RİH-in hədiyyələri təqdim edilib.
Qonaqlar Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə tanış olublar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixiŞuşaməscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindənFüzulirayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edib.