• cümə, 29 Mart, 19:23
  • Baku Bakı 14°C

Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nə start verilib - Fotolar

01.11.16 18:27 1381
Binəqədi rayonunda “Yerli Demokratiya Həftəsi”nə start verilib - Fotolar
Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosasiyasının sədri, Məmməd Əmin Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon bələdiyyələrinin sədrləri və üzvləri ilə birlikdə bələdiyyələrdə "açıq qapı” günlərinin elan edilməsi, vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədi ilə "qaynar xətt” telefon nömrələrinin elan edilməsi, bələdiyyələrin inzibati binasının qarşısında və əhalinin sıx toplaşdığı yerlərdə "bələdiyyə poçt qutuları”nın quraşdırılması, bələdiyyənin inzibati ərazisində və yerləşdikləri binalarda "İnsan hüquqlarının təmin olunması bələdiyyənin şəffaf fəaliyyətini daha da şərtləndirir”, "Yerli Demokratiya Həftəsində fəal iştirak edək”, "Bələdiyyə-vətəndaş , vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, "Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək” şüarları yazılmış plakat və transparantların asılması məsələlərini müzakirə ediblər. Binəqədi rayon bələdiyyələri 2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-nə qədər çox mədəniyyətli cəmiyyətlərdə birgə yaşayış; hörmət, dialoq, qarşılıqlı əlaqə adı altında keçiriləcək "Yerli Demokratiya Həftəsi”nin tədbirlər planını da təsdiq ediblər. "Yerli Demokratiya Həftəsi” çərçivəsində hər bir sakin aktiv olmağa, bələdiyyələrin fəaliyyətinin təşkilində iştirak etməyə dəvət edilir. Sakinlər təklif, şikayət, problemlər və suallarla bağlı müraciət edə və aşağıda göstərilən "qaynar xətt" vasitələri ilə bələdiyyələrlə operativ əlaqə saxlaya bilərlər.
Binəqədi bələdiyyəsi: Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 184; Tel: 012-562-85-16

M.Ə.Rəsulzadə bələdiyyəsi: Bakı şəhəri, Binəqədi rayonu, H.Ağamalıyev küçəsi 5; Tel: 012-412-28-74
Biləcəri bələdiyyəsi: Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı 37A; Tel: 012-401-37-64
Binəqədi qəsəbə bələdiyyəsi: Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsi 1; Tel: 012-411-21-80
Xocəsən bələdiyyəsi: Bakı şəhəri, Binəqədi rayonu, R.Allahverdiyev küçəsi, 7-ci döngə, 100; Tel: 012-346-04-02



banner

Oxşar Xəbərlər