Binəqədi rayonunda yeni layihəyə start verilir

Binəqədi rayonunda yeni layihəyə start verilir

Təfsilat
30 May 2017, 15:30 913
Binəqədi bələdiyyələrinin "İctimai-humanitar” sektorlarının təşkilatçılığı ilə "Vergi” olimpiadası layihəsinə start verilir. Olimpiadanın keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Olimpiadanın keçirilməsinə rəhbərlik və nəzarət Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və yerli özünüidarəetmə orqanları (Bələdiyyələr) tərəfindən təsdiq edilən Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Olimpiadanın qalibləri diplom və hədiyyələrlə təltif olunacaqlar.