Binəqədi rayonunda yeni layihəyə start verilir
Binəqədi
bələdiyyələrinin "İctimai-humanitar” sektorlarının təşkilatçılığı ilə "Vergi”
olimpiadası layihəsinə start verilir. Olimpiadanın
keçirilməsində əsas məqsəd orta ümumtəhsil müəssisələrində təhsil alan
məktəblilər arasında vergitutma sahəsində biliklərin artırılması, yüksək bilik
səviyyəli şagirdlərin müəyyən edilməsi, gənclərə vergi mədəniyyətinin
aşılanması, eləcə də gələcəkdə vergi sahəsində çalışacaq mütəxəssislərin yetişdirilməsi
üçün zəmin yaradılmasından ibarətdir. Olimpiadanın keçirilməsinə rəhbərlik və
nəzarət Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman
İdarəsi və yerli özünüidarəetmə orqanları (Bələdiyyələr) tərəfindən təsdiq
edilən Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Olimpiadanın qalibləri
diplom və hədiyyələrlə təltif olunacaqlar.