• cümə axşamı, 28 mart, 14:25
  • Baku Bakı 16°C

Binəqədi rayonunda növbəti təmizlik aksiyası keçirilib

19.02.15 08:14 1339
Binəqədi rayonunda növbəti təmizlik aksiyası keçirilib
Binəqədi rayonunda “Bakı 2015” İlk Avropa Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayonun Biləcəri qəsəbəsində təmizlik aksiyası keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən “Kaspi”yə bildirilib ki, icra hakimiyyəti tərəfindən həyata keçirilən “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində artıq ənənəvi olaraq həftə sonu rayonunun müxtəlif ərazilərində təmizlik aksiyaları keçirilir. Təmizlik aksiyası Biləcəri, Xocəsən və Rəsulzadə qəsəbə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə bu dəfə Biləcəri qəsəbəsində keçirilib. Aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri ilə yanaşı, rayonun adı çəkilən bələdiyyələri, həmçinin rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları fəal iştirak ediblər.
Aksiya çərçivəsində qəsəbə ərazisindən keçən dəmiryol xətlərinin ətrafında təmizlik işləri həyata keçirilib. Sosial aksiya zamanı ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Məişət tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də onların daşınmasının asanlaşdırmaq məqsədilə təmizlik işləri aparılan ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə tutulan konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınıb.
Sonda təmizlik işlərinə cəlb olunan rayon MKTB-nin işçiləri üçün çay süfrəsi təşkil olunub. Rayon MKTB-nin təmizlik sahəsində 35 il əmək fəaliyyəti olan Roza Elyazovanın 60 yaşı qeyd edilib.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.
R.İSMAYILOV

banner

Oxşar Xəbərlər