AZE | RUS | ENG |


Binəqədi rayonunda hesabat yığıncağı keçirilib - Fotolar

Binəqədi rayonunda hesabat yığıncağı keçirilib - Fotolar
Binəqədi rayonunda 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib. Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, bu ilin ilk üç ayı ərzində rayonununun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb.  Bildirib ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan  quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə  davam edir.

Hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınıb, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılıb. Bununla yanaşı, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınıb, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib. Qeyd olunub ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edənlər Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti Biləcəri Stansiyasının rəisi Elçin Məmmədov, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədov rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışıblar və qarşıda duran vəzifələri müzakirə ediblər.

Sonra Şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışıb, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb. Natiq bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşıda duran məqsədlərdir.

İclasın sonunda Rayonun ictimai-siyasi və sosial-iqtisadi  həyatında fərqlənən bir qrup şəxslər təltif ediliblər. 


 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002