Binəqədi rayonunda əhalnin tibbi müayinəsi uğurla davam edir
Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2017-ci ilin fevral ayının 15-dən
may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb. Tibbi müayinənin
yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə
yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri,
habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb ediliblər.
Qeyd etmək lazımdır ki, əhalinin tibbi müayinədən keçirilməsi rayonun 8 tibb müəssisəsi
tərəfindən həyata keçirilir (Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının
Poliklinika şöbəsi, Xocəsən Sağlamlıq Mərkəzi, 9, 10, 15, 25, 27
və 35 saylı şəhər poliklinikası). Sözügedən
bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün
hərtərəfli şərait yaradılıb.