• çərşənbə, 24 Aprel, 02:53
  • Baku Bakı 14°C

Binəqədi rayonunda əhalinin tibbi müayinəsinə başlanıldı

09.02.15 12:48 1564
Binəqədi rayonunda əhalinin tibbi müayinəsinə başlanıldı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci ilin fevral ayının 2-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Binəqədi Rayon İcra Hakimiyyətində də ölkə başçısının tapşırığının icrası ilə bağlı operativ tədbirlər görülüb. Bu məqsədlə tədbirlər planı hazırlanıb, komissiya və işçi qrupu yaradılıb.
Əhalinin tibbi müayinəsi rayonun Ə.D.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsində, Xocəsən Sağlamlıq Mərkəzində, 9, 10, 15, 25, 27 və 35 saylı şəhər poliklinikalarında həyata keçirilir.
7 fevral tarixinə olan məlumata əsasən Binəqədi rayonunun 257800 nəfər əhalisindən artıq 10633 nəfəri tibbi müayinədən keçib.
Kaspi.az

banner

Oxşar Xəbərlər