• şənbə, 20 Aprel, 00:29
  • Baku Bakı 15°C

Binəqədi rayon rəhbərinin ASAN könüllüləri ilə görüşü keçirilib

02.11.17 14:40 1064
Binəqədi rayon rəhbərinin ASAN könüllüləri ilə görüşü keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində 24 oktyabr tarixindən etibarən təcrübə keçən 11 – ci qrup ASAN könüllüləri ilə görüş keçirilib. Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Aparatın şöbə müdiri Elman Dadaşov və 11-ci qrup ASAN könüllüləri iştirak ediblər.
Görüşü açıq elan edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasibətilə təbrik edib. Natiq qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Natiq vurğulayıb ki, hazırda bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsi gəncliyin də mənəvi-psixoloji yüksəlişini təmin edib. Bu gün gənclərin bütün dövlət qurumlarında bu cür təcrübə keçməsi çox məsuliyyətli və siz gənclərin gələcək həyatınız üçün önəmlidir. Hər birinizə bu yolda uğurlar diləyirəm”.
Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.
banner

Oxşar Xəbərlər