• cümə axşamı, 28 mart, 20:30
  • Baku Bakı 13°C

Binəqədi rayon İcra Hakimiyyətində ingilis dili tədris olunur

19.06.17 11:55 1020
Binəqədi rayon İcra Hakimiyyətində ingilis dili tədris olunur
Binəqədi rayon İcra Hakimiyyətində əməkdaşlar üçün ingilis dili kurslarına start verildi. Bu məqsədlə qrupları müəyyən etmək üçün sınaq testi keçirilib.
Keçirilən testdə RİH Aparatının şöbə müdirləri və əməkdaşları iştirak ediblər. Test zamanı əməkdaşlara 20 sual verilib və 40 dəqiqə ərzində əməkdaşlar test tapşırıqlarını icra ediblər.
Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu barədə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.20-ci bəndində yerli icra hakimiyyəti orqanlarının işçilərin ixtisaslarının artırılması və ehtiyat kadrların hazırlanması vacib zərurət kimi göstərilib. Kursların təşkil edilməsində əsas məqsəd Əsasnamənin yuxarıda qeyd edilən bəndinin icrası, eyni zamanda müasir dövrümüzdə yaşadığımız cəmiyyətdə dil bilgilərinin yüksək səviyyədə olmasının əhəmiyyəti ilə əlaqədardır. A.Əliyeva başlayacaq kursların mahiyyəti və proqramı haqqında da geniş məlumat verib.
Məlumat üçün bildiririk ki, 17 iyun tarixindən ilk dərslərə başlanılıb. Rayon icra hakimiyyətinin rəhbər işçilərinin və əməkdaşlarının iştirakı ilə dərslər hər gün iş saatlarından sonra müəyyən olunmuş qruplarla qrafik üzrə təşkil ediləcək.
banner

Oxşar Xəbərlər