• cümə, 19 Aprel, 17:32
  • Baku Bakı 25°C

Binəqədi qəsəbəsinin bələdiyyə sədri Moldovada təlimə qatılıb

18.11.16 11:59 752
Binəqədi qəsəbəsinin bələdiyyə sədri Moldovada təlimə qatılıb
Moldovanın paytaxtı Kişinyov şəhərindəAvropa ŞurasıYerli və Regional Təşkilatlar Konqresinin dəstəyi və təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində "Vətəndaş iştirakçılığı: yerli demokratiyada mühüm alət kimi” mövzusunda seminar-təlim keçirilib.
APA-nın xəbərinə görə, tədbirdə Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan olan 50-dək mer, yerli icra strukturlarının rəhbərləri, bələdiyyə sədrləri iştirak edib.
Təlimdə Kişinyovun meri Sorin Çirtoaka, Avropa İttifaqının Moldova Nümayəndəliyinin rəhbəri Pirka Tapiola və Avropa Şurasının Moldova Nümayəndəliyinin rəhbəri Xose-Luis Herreronun çıxışlarından sonra Avropadan olan ekspertlər fikirlərini bölüşüblər. Seminar-təlim işini müxtəlif işçi qruplarında davam etdirib, yuxarıda qeyd olunan ölkələrin təcrübələri, qərar qəbulunda vətəndaş iştirakçılığının təmin olunması, xidmət sahələri, seçkilər və şəffaflıq və s. sahələrdə geniş fikir mübadiləsi aparılıb.
Binəqədi Rayon İcra HakimiyyətindənAPA-ya bildirilib ki, rayonun Binəqədi qəsəbəsi bələdiyyəsinin sədri Aytac Əliyeva və Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədr müavini Lyudmila Xəlilova da seminar-təlimdə iştirak ediblər.
banner

Oxşar Xəbərlər