• çərşənbə, 24 Aprel, 09:19
  • Baku Bakı 13°C

Binəqədi qəsəbəsində hesabat yığıncağı keçirilib

19.01.15 14:52 1392
Binəqədi qəsəbəsində hesabat yığıncağı keçirilib
Mərkəzi Mədəniyyət evində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayon icra strukturlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında qəsəbə sakinlərindən Zivər Abbasova, Elçin Eminov, İsfəndiyar Əbdüləzimov, Gülabbas Pirverdiyev, Mətanət Nəsibova və başqaları çıxış edərək öz münasibətlərini bildiriblər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxunub.
Kaspi.az

banner

Oxşar Xəbərlər