Binəqədi məktəbliləri Naxçıvana yola salınıblar
"Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili
məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə
tədbir keçirilib.
Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti
başçısının müavini Vüsar İsmayılov, məktəb direktorları, valideynlər və məktəblilər,
YAP Gənclər Birliyinin fəalları, 272 və 177 saylı körpələr evi-uşaq bağçasından
olan uşaqlar iştirak ediblər.
"Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində binəqədili
məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni
Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında
ucaldılan abidəsini ziyarət ediblər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini
Vüsar İsmayılov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət
qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb.
Bildirib ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici
tur-aksiyada Binəqədi rayonundan 27 məktəbli iştirak edəcəkdir. Şagirdlərə
uğurlar diləyən natiq tur-aksiyadan müsbət şəkildə yaralanmağı tövsiyyə edib.
Mərasimdə çıxış edənlər284
nömrəli tam orta məktəbin direktoru Nizami Novruzov, məktəbli Elen Cəfərzadənin
valideyni Rəmziyyə Sadıxova "Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin
müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən
danışıblar.
Qeyd olunub ki, məktəblilər 4 gün ərzində Naxçıvan,
Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının tarixi, maddi-mədəniyyət
nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış
olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam edib.
Bayram əhval-ruhiyyəsində keçən mərasimdə 177 və
272 saylı körpələr-evi uşaq bağçalarının fidanları tərəfindən milli rəqslər
nümayiş olunub.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün
ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aeroportuna
yola düşüblər.