• cümə, 29 Mart, 11:22
  • Baku Bakı 5°C

“Binəqədi Gənclərinin III Liderlik Məclisi” yekunlaşıb

07.11.17 12:10 1089
“Binəqədi Gənclərinin III Liderlik Məclisi” yekunlaşıb
İslam Həmrəyliyi ili çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində "Binəqədi Gənclərinin III Liderlik Məclisi” adlı layihə həyata keçirilib.
RİH-dən bildirilib ki, noyabrın 3-5-də keçirilən layihədə Binəqədi rayonunun bütün sahələrindən müsahibə yolu ilə seçilmiş fəal gənclərlə yanaşı,Suriya,İraq, Fələstin və Misirdən olan gənclər də iştirak ediblər. "Binəqədi Gənclərinin III Liderlik Məclisi”nin açılış mərasiminə RİH başçısının müavini Aygün Əliyeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Vergilər Nazirliyinin Tədris Mərkəzin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qatılıblar.
Aygün Əliyeva layihə haqqında məlumat verərək bildirib ki, daha əvvəl "Binəqədi Gənclərinin I və II Liderlik Məclisləri” təşkil olunub.
"Layihələrin yazılması və idarə olunması” mövzusunda təşkil olunmuş təlimlərin nəticəsində gənclər öz layihələri təqdim ediblər.
İştirakçılar Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Şamaxının ən qədim kəndlərindən olan "Dəmirçi” kəndində olublar.
Hazırlanmış layihələr əsasında "Layihə yarmarkası” təşkil olunub. Yarmarkadan sonra gənclərə "Binəqədi Gənclərinin III Liderlik Məclisi” layihəsində iştirak etmələri barədə sertifikatlar təqdim edilib.
banner

Oxşar Xəbərlər