AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Binəqədi 3-cü Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv edildi

Binəqədi 3-cü Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv edildi

Cəmiyyət
23 Fevral 2020, 18:22 639
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 10 saylı Binəqədi 3-cü Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində seçki prosesinin pozulduğu iddia edilib.
MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırmalar zamanı qeyd olunan hallar yalnız 16 saylı seçki məntəqəsində öz əksini tapıb. İ.Şahbazov həmin seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.