Binəli Yıldırım:

Binəli Yıldırım: "Türkiyənin demokratiya tarixində yeni səhifə açıldı"

Cəmiyyət
17 Aprel 2017, 09:00 328
"Türkiyənin demokratiya tarixində yeni səhifə açıldı". Trend-in məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə konstitusiyaya prezident idarə formasına keçidini nəzərdə tutan dəyişiklikləri ilə əlaqədar referendumda qələbə ilə bağlı çıxışı zamanı deyib.

Binəli Yıldırım öz çıxışında bildirib. "Mən prezident Rəcəb Tayyib Ərdoğana, milliyyətçi hərəkat Partiyasının lideri Devlet Bahçeliyə və bütün Türkiyə xalqına dəstəyə görə minnətdaram. Xalq prezident idarə formasını seçdi. Biz xalqın birliyini müdafiə edəcəyik. Heç kəs referendumda uduzmadı, yalnız Türkiyə uddu".

Baş nazir qeyd edib ki, bundan sonra Türkiyə daxilində və xaricində ölkənin düşmənləri ilə güclü mübarizə aparaq, Türkiyə güclü inkişaf edəcək.