AZE | RUS | ENG |


Bineli Yıldırım İslamiadada qızıl medal qazanan türk idmançılarını təbrik edib

Bineli Yıldırım İslamiadada qızıl medal qazanan türk idmançılarını təbrik edib
Türkiyənin baş naziri Bineli Yıldırım "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan türk idmançılarını təbrik edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Nazirliyinin Mətbuat Müşavirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bineli Yıldırım Bakıda davam edən IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq, tennis, gimnastika, ağır atletika, cüdo, üzgüçülük, atletika, taekvando oyunlarında qızıl medal qazanan idmançılara təbrik teleqramı göndərib.

Qeyd edək ki, Türkiyə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal sıralaması ilə birinci yerdədir. Belə ki, qonşu ölkənin idmançıları 54 qızıl, 45 gümüş, 38 bürünc medal qazanaraq 137 medalla siyahıya başçılıq edirlər.  




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001