• cümə axşamı, 28 mart, 15:46
  • Baku Bakı 16°C

Avtobusun qatarla toqquşması nəticəsində yaralı sayı 34-ə çatıb, 1 nəfər ölüb

01.10.18 17:15 1350
Avtobusun qatarla toqquşması nəticəsində yaralı sayı 34-ə çatıb, 1 nəfər ölüb
Bakının Xəzər rayonu, Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb, 1 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.
S.Qədirovanın sözlərinə görə, xəsarət alanların 2-si Elmi Tədqiqat Travmatologiya İnstitutuna, 3-ü Kliniki Tibbi Mərkəzə, 28 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan 12-13 yaşlı uşaq isə xəstəxanaya gedərkən dünyasını dəyişib: "Yaralıların vəziyyəti barədə dəqiq informasiya olmasa da, ağır hesab edilir".
O bildirib ki, qəzanın baş verməsində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin heç bir günahı olmayıb: "Şlaqbaum hər iki istiqamətdə bağlı olub. Orada sürət həddi hətta saatda 40 kilometr olduğu halda, maşinist qatarı 30 km/saatla sürüb. Sadəcə, avtobus sürücüsü qaydalara əməl etməyərək qatarın önünə çıxıb".
Saxlanılan avtobusun sürücüsü 03.05.1983-cü il təvəllüdlü Elxan Əlibaba oğlu Şirəliyev olub. O, sağ qolun sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər