“Bilmirdim ki, kameralar üçün gözəgörünməzəm”
"Breşiya”nın
futbolçusu Mario Balotellinin məşqə çıxamadığı barədə məlumat yayılıb.
Kaspi.az xəbər
verir ki, Balotelli bu məlumatla bağlı açıqlama verib. O, yayılan məlumatın
yalan olduğunu bildirib:
"Axı necə deyə
bilərsiniz ki, məşq etmirəm? Bizim bütün məşqlərdə jurnalistlər iştirak edirlər.
Onların da hamısında kamera var.
Gün ərzində 2 dəfə
məşq edirəm. Bilmirdim ki, kameralar üçün gözəgörünməzəm. Lazım gələndə izahat
verəcəyəm və sizlər də hər şey aydın olacaq”.