• cümə, 19 Aprel, 16:27
  • Baku Bakı 25°C

Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib

07.08.20 10:15 566
Bill Qeyts koronavirusdan da dəhşətli fəlakət barədə xəbərdarlıq edib
"Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts nəticələri koronavirus pandemiyasından da ağır ola biləcək ekoloji böhran barədə xəbərdarlıq edib.
APA"RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, özünün mikrobloqunda yazıb.
Qeyts planetin yaxın bir neçə onillikdə iqlim dəyişkənliyi səbəbindən qlobal böhranla üzləşəcəyini proqnozlaşdırıb.
"Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişkənliyi daha da pis nəticələrə gətirib çıxara bilər”, - deyə milyarder bildirib.
Bill Qeyts hesab edir ki, fəlakətin qarşısını almaq üçün atmosferə qaz tullantılarının miqdarını ciddi dərəcədə azaltmaq lazımdır.
"Microsoft”un qurucusu ekoloji böhranın təsirini koronavirus pandemiyası ilə də müqayisə edib. İnfeksiyadan ölüm nisbəti hər 100 000 nəfərə orta hesabla 14 nəfər düşür. İş adamının sözlərinə görə, növbəti 40 ildə Yerdəki artan temperaturdan ölüm eyni olacaq və 2100-cü ilə qədər bu rəqəm 5 dəfə artacaq.
banner

Oxşar Xəbərlər