Bilir ki, onun arzusu “Real”da oynamaqdır
"Real”ın baş məşqçisi
Zinəddin Zidan PSJ-nin futbolçusu Kilian Mbappenin transferi ilə bağlı yayılan
xəbərə münasibət bildirib.
Kaspi.az xəbər
verir ki, Zidan m əsələnin hələ tam həllini tapmadığını bildirib. Ancaq
Mbappenin "Real”da oynamaq istədiyinə də işarə edib:
"Bu məsələ ilə
bağlı dəqiq söz deyə bilmərəm. Hər şey futbolçunun öz seçimindən asılı olacaq.
Mbappe hazırda
PSJ-nin futbolçusudur. Ancaq bilirəm ki, onun arzusu "Real”da oynamaqdır”.
Mbappe PSJ-də
207-ci ildə n çıxış edir. Paris klubu onun transferinə görə 180 milyon avro ödəyib.
Kilian cari mövsümdə Fransa çempionatında 7 oyun keçirib, 5 qol vurub, 3 qol
ötürməsi edib.